Bir çox ölkədə yayılan koronavirus, xüsusilə, qonşu İranda aşkarlandıqdan sonra cəmiyyətdə bir təlaş yaranıb. Xəstəliyin ölkəmizə keçməsi ilə bağlı şaiyələr ağızdan-ağıza dolaşır.
Medicina.az xəbər verir ki, insanların çoxu apteklərə üz tutub qoruyucu maska, spirt kimi tibbi vasitələr alaraq, tədarük görürlər. Lakin elə bu gündən paytaxtdakı apteklərin əksəriyyətində maska qıtlığı yaranıb. İnsanların çoxu isə adi virus infeksiyalarından belə qorunma yollarına əməl etmir.
Məsələyə ağciyər xəstəlikləri üzrə uzman pulmonoloq Həsən Həsənzadə də reaksiya verib. O, öz sosial şəbəkə hesabında bu haqda yazıb. Həkim virus infeksiyaları zamanı ətraf üçün təhlükəyə çevrilən insanlara səslənib.
Həkimin fikirlərini olduğu kimi təqdim edirik:
"Xəstələndiyi halda heç vaxt maska taxmayan.
-Askıranda ve öskürəndə ağzını qapatmayan.
-Maska verildikdə çənəsinə taxıb ağzı-burnu açıq qoyan (gerizəkalı).
-Əlinə asqırıb sonra insanlarla görüşən.
-Vərəm olduğunu bildiyi halda maska taxmayan. Hətta ailə üzvlərinə keçməsinə səbəb olan.
-Küçədə hər addım başı tüpürcək var.
-Xəstə olduğunu bildirməmək üçün qeydiyyata düşməyən və müalicə almayan millət indi virusdan qorxur.
1. Sizə virus lazım deyil. Siz zatən vərəm epidemiyası içərisindəsiz. Yağışdan çıxıb (çıxmayıb), yağmura düşmüsüz.
2. İrana koronavirus hansı ölkədən gedib?