Məşhur ilan ovsunçusu gürzə sancmasından ölüb

  • 2018.03.19 14:30
  • 10663 Baxış
Məşhur ilan ovsunçusu gürzə sancmasından ölüb
Malayziyada məşhur ilan ovsunçusu Əbu Husini gürzə sancıb.


 

Medicina.az xəbər verir ki,33 yaşlı Əbu Zərin Husin zəhərli ilanları ovlayan xüsusi dəstəyə rəhbərlik edirdi.


Hadisə gürzəni tutmaq istəyərkən baş verib. Husin təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edilir ki, 2015-ci ildə də Husini gürzə sancıb. Həmin müddətdə o, iki gün komada qalır. Lakin həyata qayıda bilir.(oxu.az)