Məşhur jurnalın üz qabığındakı “əfqan qızı” Talibandan qaça bildi

  • 2021.11.26 16:59
  • 1832 Baxış
Məşhur jurnalın üz qabığındakı “əfqan qızı” Talibandan qaça bildi
Nagional Geographic jurnalının 1985-ci ildəki üz qabığı ilə məşhurlaşan yaşılgözlü əfqan qızının aqibəti məlum olub.

Medicina.az xəbər verir ki, hazırda 50 yaşı olan Şerbet Qulu Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Avropadan sığınacaq istəyib.

İtaliyanın baş naziri Mario Draqi Şerbete qaçqın statusu ilə İtaliyada sığınacaq verib. Hazırda qadın ailəsi ilə Romada yerləşdirilib.


Qeyd edək ki, amerikan fotoqraf Stiv Makkari 1984-cü ildə 12 yaşlı yetim qız Şerbetin fotosunu çəkdikdən sonra bu şəkil dünyada məşhurlaşmışdı. Şerbetin həyatı haqqında film də çəkilb.