Məşhur markaların məhsullarında TƏHLÜKƏLİ MADDƏLƏR AŞKARLANDI

  • 2018.03.15 15:40
  • 10994 Baxış
Məşhur markaların məhsullarında  TƏHLÜKƏLİ MADDƏLƏR AŞKARLANDI
Böyük markaların su qablarından suya plastik maddələr keçir. Bununla bağlı 9 ölkədə 250 plastik qab üzərində araşdırma aparılıb. Araşdırmanın nəticələri "Orb" media quruluşu tərəfindən yayımlanıb.


Medicina.az Publika.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində 1 litr plastik su qabında 10 plastik parçanın tapıldığı iddia edilir. Bu parçalar insan saçının telindən daha qalındır.


Şu qabları Nyu-York Dövlət Universitetinin laboratoriyasında incələnib. Araşdırmada iştirak edən kimya sahəsi üzrə professor Şarri Mason hər qabda, hər markada plastik aşkarladıqlarını bildirib.


"Hər hansı markanı günahlandırmaq istəmirik. Araşdırmamız plastik maddələrin hər yerə təsir etdiyini göstərir. Plastik cəmiyyətimizin hər yerində yayılan bir maddədir, artıq sularımızı da istila edib. Bu, hər gün istifadə etdiyimiz əsas məhsullardandır”.

 


Mikroplastik olaraq məlum olan bu plastik maddələrin qəbulunun insan sağlamlığı üçün hansı fəsadlara səbəb olacağı ilə bağlı bir sübut olmasa da, bu istiqamətdə elmi araşdırmalar aparılır. Ş.Mason bildirir ki, bu fəlakət olmasa da, narahatedicidir.


Araşdırmaya münasibət bildirən firmalar BBC-yə açıqlamalarında isə məhsullarının təhlükəsizlik və keyfiyyət baxımından standartlara uyğun olduğunu bildirib. Firmalar mikroplastiklərlə bağlı heç bir tənzimləmə olmadığını və suların test edilməsi üçün standart üsulları istifadə etmədiklərinə də diqqət çəkib.


"Nestle" şirkəti mikroplastik testlərə iki il əvvəl başladıqlarını və bu maddələri aşkarlamadıqlarını bildirib.


"Coca-Cola" şirkəti isə yüksək keyfiyyətli məhsul istehsal etdiklərini, lakin hər yerə yayılmaları səbəbindən ən yüksək standartlı məhsullarda belə, az miqdarda plastik maddə aşkarlanmasını inkar etmədiklərini dedi.


"Danone" şirkəti isə araşdırmanın yetərincə açıq olmadığını bildirərək şərh etməkdən imtina edib. Şirkətdən su qablarının da qida məhsulları səviyyəsində qablaşdırıldığını vurğulanıb.


"Garolsteiner" isə son illər özlərinin də mikroplastik testlər etdiklərini və dərman firmalarının açıqladığı miqdardan da az plastik aşkarladıqlarını bildirib.


Ş.Mason isə kran suyunda, dəniz məhsullarında, hətta havada belə plastik maddələrə rast gəlindiyini deyib.


"Bu testlər isə plastik qablardakı sular üzərində aparılan ən böyük araşdırmadır”.


İngiltərə alimləri araşdırma üçün Nil qırmızısı adı verilən boyadan istifadə edib. Bu boya əvvəllər dəniz suyundan plastikləri aşkarlamaq üçün istifadə olunurdu.