Məşhur meyxanaçı ağır xəstəlikdən əziyyət çəkir

  • 2018.03.06 14:07
  • 11513 Baxış
Məşhur meyxanaçı ağır xəstəlikdən əziyyət çəkir
Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının "Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb.


Medicina.az xəbər verir ki, meyxanaçı Oxu.az-a açıqlama verərək xəbəri təsdiqləyib:


"Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. "Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.


Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır:


"Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm”.