Metformin ürək xəstəliyi və xərçəngi - müalicə edə bilər

  • 2025.12.18 18:26
  • 74 Baxış
Metformin ürək  xəstəliyi və xərçəngi    -  müalicə edə bilər

Metformin 1950-ci illərdən bəri 2-ci tip diabetin müalicəsində istifadə olunur. Lakin indi həkimlər onun daha geniş tətbiq olunacağına ümid edirlər.


Medicina.az xəbər verir ki, son illərdə klinik sınaqlar bu həbin immun sistemini gücləndirməkdən tutmuş xərçəng kimi təhlükəli xəstəliklərlə əlaqəli iltihabi prosesləri yatırmağa qədər bir sıra digər faydalarını araşdırıb.

Məsələn, metforminin sağlam ömrü uzada biləcəyini müəyyən etmək üçün 5 illik bir tədqiqat başlayacaq.

İlk koronavirus epidemiyasının baş verdiyi Çinin Uhan şəhərindən olan həkimlər bu ilin iyun ayında metformin qəbul edən COVID-19 xəstələri arasında ölüm nisbətinin qəbul etməyən oxşar xəstələr qrupuna nisbətən xeyli aşağı olduğunu bildiriblər.


Tədqiqatın müəllifləri yanvar-mart ayları arasında ağır koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən metformin qəbul edən 104 xəstənin məlumatlarını təhlil ediblər. Onların göstəriciləri eyni cinsdən və yaşdan olan, xəstəliyin eyni ağır formasına malik, lakin metformin qəbul etməyən 179 xəstənin qeydləri ilə müqayisə edilib.

Nəzarət qrupunda bu rəqəm 22 nəfərlə müqayisədə metformin qrupunda cəmi üç nəfər ölüb. Oxşar ilkin nəticələr ABŞ-dakı Minnesota Universitetinin alimlərinin COVID-19-a yoluxan 6000 diabet və piylənmə xəstəsini müşahidə edən başqa bir tədqiqatında da müşahidə olunur.

London İmperial Kollecinin alimləri tərəfindən aparılan başqa bir araşdırma göstərib ki, genetik olaraq aterosklerozu olan siçanlarda aterosklerozun inkişafını geri qaytara bilib.

Aygün Musayeva