Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək

  • 27 May 2022 13:06
  • 4090 Baxış
Meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.

Medicina.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 162-1.2 maddədə əksini tapıb. Belə ki, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.

Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.