Meyitdən alınan orqan neçə saat yararlıdır?

  • 2025.11.24 17:09
  • 63 Baxış
Meyitdən alınan orqan neçə saat yararlıdır?


"Meyit donordan alınan böyrəyi 24-36 saata qədər qorumaq mümkündür"


"Hər orqanın saxlanma müddəti fərqlidir: ürəyi ən çox 4-6 saat, ağciyəri 6-8 saat saxlamaq olur".

Medicina.az xəbər verir ki, bu barədə Lent.az-a müsahibəsində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, meyit donordan götürülən orqanlar dərhal xüsusi məhlulla yuyulur və steril qablara yerləşdirilir:

"Qaraciyər, adətən 10-12 saat, mədəaltı vəzi 12-18 saat davam gətirir. Ən uzun müddət isə böyrəkdədir. Onu təxminən 24-36 saata qədər qorumaq mümkündür. Bu vaxt keçəndən sonra orqanın funksiyası pisləşdiyi üçün transplantasiya artıq mümkün olmur".

Donor orqanı xəstəyə nə qədər tez köçürülərsə, onun funksiyası daha yaxşı qorunacaq və transplantasiyadan sonra xəstənin bədənində yaşama müddəti daha çox olacaq".

MEDİCİNA.AZ