Meymunçiçəyi Azərbaycana yayıla bilər, hazır olmalıyıq – Professor

  • 2022.05.27 14:52
  • 2206 Baxış
Meymunçiçəyi Azərbaycana yayıla bilər, hazır olmalıyıq  – Professor

İlk dəfə Afrikada aşkarlanan və dünyada sürətlə yayılan meymunçiçəyi xəstəliyi Böyük Britaniya, ABŞ, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Danimarka, Kanada, Avstraliya, İsrail, İsveçrə, Avstriya, Sloveniya da daxil olmaqla 15-dən artıq ölkədə aşkarlanıb.


Bəs meymunçiçəyi virusunun Azərbaycana yayılma ehtimalı nə dərəcədə realdır?

Bakupost.az –ın məlumatına görə, Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusunun qlobal pandemiya yaratma ehtimalı çox aşağıdır. Ancaq xəstəlik daha çox kontakt və hava-damcı, təmas yolu ilə yayıldığından yayılma arealı böyükdür.


Koronavirus pandemiyasından sonra insanlarda immunitet sistemi zəifləyib. Bu səbəbdən də meymumçiçəyinə yoluxma halları daha da arta bilər:


“Hazırda ÜST və xəstəliklərə nəzarət üzrə profilaktik müalicə mərkəzləri çox ciddi şəkildə bu məsələnin üzərində işləyirlər. Bildirilir ki, yaxşı gigiyena, əllərin tez-tez yuyulması meymunçiçəyi virusunun yayılmasını məhdudlaşdırmağa kömək edir”.

Professorun sözlərinə görə, virusun Azərbaycana gəlmək ehtimalı var. Azərbaycanda xəstəliyin olması tam realdır:

“Hələlik Azərbaycanda meymunçiçəyinə yoluxma halı qeydə alınmayıb. Ancaq xəstəliyin ölkəmizdə aşkarlanma və yayılma ehtimalı var. Buna hazır olmalıyıq. Əgər meymunçiçəyi ölkədə qeydə alınarsa, bütün karantin təbirləri görülməli və virusun yayılmasının qarşısını almaq üçün müvafiq addımlar atılmalıdır”.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bugünədək Azərbaycanda meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.


Sevinc
BakuPost