Meymunçiçəyi xəstəliyindən necə qorunmaq olar?

  • 27 May 2022 15:27
  • 4316 Baxış
Meymunçiçəyi xəstəliyindən necə qorunmaq olar?


Dünyada getdikcə daha çox insanda nadir infeksiya olan meymunçiçəyi ilə yoluxma halları aşkar edilir. Onun yayılma mərkəzləri Qərbi və Mərkəzi Afrika ölkələri oldu. Xüsusi bir müalicə və ya peyvənd olmasa da, çiçək xəstəliyinə qarşı peyvənd hələ də bu növ virusdan qoruya bilər.


Medicina.az xəbər verir ki, bu barədə infeksionist, professor Nikolay Malışev danışıb.

“Meymunçiçəyi xəstəliyində çarpaz immunitet fəaliyyət göstərir. Yəni çiçək peyvəndi çarpaz işləyir, təsiri var. 1980-ci ildə olimpiadadan sonra biz peyvənd etməyi dayandırdıq, o vaxta qədər vaksinasiya olunan insanların bu və ya digər şəkildə müəyyən immuniteti var”, - Malışev “Sputnik” radiosuna müsahibəsində qeyd edib.

Həkim hesab edir ki, insanlar hələlik meymunçiçəyi virusunun yayılmasından narahat olmamalıdır. Ekspertin sözlərinə görə, bu infeksiyanın ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görülməsi kifayət edir. /publik.az/