Meymunçiçəyinə yoluxan kişidən etiraflar

  • 28 İyl 2022 17:58
  • 1093 Baxış
Meymunçiçəyinə yoluxan kişidən etiraflar


Meymunçiçəyinə yoluxan amerikalı Uesli Uolles üzündəki və ağzının içindəki yaraların şiddətli ağrılara səbəb olduğunu etiraf edib.


Medicina.az xəbər verir ki, dünyanın bir çox ölkələrində meymunçiçəyi xəstəliyindən əziyyət çəkən xəstələr yaşadıqları ağrı və çətinlikləri sosial mediada paylaşmağa və insanları maarifləndirməyə davam edir. ABŞ-ın Hyuston şəhərində yaşayan Uesli Uolles xəstəlik müddətində nələr yaşadığından danışıb.

“Çox çirkin virusdur, bu xəstəliyin yanından belə keçmək istəməzsiniz. Üzümdə sızanaq kimi səpgilər əmələ gəldi, sonra yaraya çevrildi, çox ağrıdır. Yara olduğu üçün toxuna bilmirəm, yatanda başımı yastığa qoya bilmirəm, çünki ağrıyır. Hətta açıq havada külək də məni incidir.

Xəstəlik getdikə ağırlaşır, ağzımda yara əmələ gəlib, hər qurtumda və hər dişləmdə canımı ağrıdır. Daha pisi odur ki, bu xəstəlik bütün bədənimə yayılır. İyulun 4-də bildim ki, meymunçiçəyinə yoluxmuşam. Əlimdə və qolumda səpgilər var”, - Uesli qeyd edib. /publika.az/