Meymunçiçəyinə yoluxanlar 21 gün evdə qalmalıdır

  • 2022.05.31 17:38
  • 2127 Baxış
Meymunçiçəyinə yoluxanlar 21 gün evdə qalmalıdır


Britaniya səhiyyə orqanları meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün tövsiyələr veriblər: onlar səpgi keçənə qədər insanlara özlərini təcrid etməyi, həmçinin cinsi əlaqədə olmamağı tövsiyə ediblər.



Medicina.az xəbər verir ki, bu barədə Britaniya Səhiyyə Agentliyinin (UKHSA) saytında məlumat dərc olunub.

Meymunçiçəyinə yoluxan insanlara səpgi yox olana və qabıqlar quruyana qədər digər insanlarla təması azaltmaq tövsiyə olunur. Virusun daşıyıcısı ilə görüşənlərdən də həkimlərlə əlaqə saxlamaq və ola bilsin ki, 21 gün ərzində özünü təcrid etmələri tələb olunur.

Yoluxmuş insanlar da xəstəliyin ilkin mərhələsində cinsi əlaqəyə girməməlidirlər. Meymunçiçəyinin cinsiyyət orqanlarının ifrazat yolu ilə ötürülməsinə dair dəlil yoxdur, lakin ehtiyat tədbiri olaraq, xəstəliyə yoluxduğu aşkar edilənlərə infeksiyadan sonra 8 həftə ərzində prezervativdən istifadə etmələri tövsiyə olunur.

Yoluxmuş şəxslər paltarlarını və yataq dəstlərini ümumi yuyucu vasitələrlə yuyaraq standart təmizləmə və dezinfeksiya üsullarından istifadə edərək xəstəliyin yayılma riskini azalda bilərlər. Xəstələr və meymunçiçəyi şübhəsi olanlar evi tərk etməlidirlərsə, bütün səpgilərin paltarın altında gizləndiyinə əmin olmalıdırlar. Həmçinin tibbi maska taxmaq, mümkünsə ictimai nəqliyyatdan istifadə etməkdən çəkinmək lazımdır. /publika.az/