Meyvə çayları diş emalını korlayır, karies yaradır – Londonlu həkimlər

  • 2018.02.28 15:52
  • 12560 Baxış
Meyvə çayları diş emalını korlayır, karies yaradır –  Londonlu həkimlər
London Kral Tibbi Kollecinin bir qrup mütəxəssisi 300 nəfər dişləri korlanmış insanın qidasını araşdıraraq bu nəticəyə gəliblər ki, turşu tərkibli içkilər içən insanlarda diş emalının dağılması sürətlənir. Həmçinin yemək zamanı bu sulardan içənlər də dişlərini korlayır. 

 


Bu içkilərə meyvə çayları, şirəli siropla qarışdırılmış su, qrip və arıqlamaq üçün olan toz halda içkilər, sirtus meyvəsi tamı verən ətirləndirilmiş içkilər daxildir. 

Eroziya riski həmin suları kiçik udumlarla qəbul edib, ağız boşluğunda çox saxlıamaqla da artır. 

 


Əgər insan gün ərzində bir alma yeyirsə, axşam turşu tərkibli heç bir qida və içki qəbul etməməlidir. Əgər axşam bir qədəh şərab içmisizsə, səhər meyvə və meyvə suyu içməyin.

Suya limon sıxıb içənlərin də dişləri tez ovulur. Isti meyvəli çay isə diş emalı və eroziyasını 11 dəfə artırır. 

Hansı içkilər turşu yaratmır:

-Adi su

-Adi çay

-Qəhvə

-Süd

-Qaslı mineral su


Mütəxəssislər riski azaltmaq üçün bu suyu xüsusi çöplə içməyi məsləhət görür. Əgər meyvəli içki və ya  çay içmisizsə, turşunu neytrallaşdırmaq üçün üstündən bir parça pendir yemək və ya adi su içmək lazımdır. 

 


Tədqiqatlar göstərir ki, uşaq və yeniyetmələrin dişlərini eroziyaya məruz qoyan səbəblər məhz turşulu içkilərin qaydasz və çox içilməsidir.