Meyvə və tərəvəzləri sodalı suda saxlayın - Ölüm gətirən maddədən xilas olun

  • 2018.05.16 14:30
  • 15414 Baxış
Meyvə və tərəvəzləri sodalı suda saxlayın -  Ölüm gətirən maddədən xilas olun
Meyvə və tərəvəzləri adi ucuz sodadan istifadə etməklə tərkibindəki zərərli maddələrdən xilas ola bilərsiniz.


Medicina.az xəbər verir ki, meyvə və tərəvəzləri müxtəlif ziyanvericilərdən, alaq otlardan və xəstəliklərdən qorumaq, məhsuldarlığı artırmaq üçün bütün dünyada xüsusi kimyəvi maddələrdən - pestisidlərdən istifadə olunur. Bu maddə isə xərçəng yaradır. Həmçinin şəkərli diabetin, piylənmənin, sonsuzluğun riskini artırır, ana bətnində olan uşaqlarda müxtəlif pozulmaların və qüsurların inkişafına səbəb olur.


 

Sodadan istifadə etməklə meyvə və tərəvəzləri pestisidlərin 96%-dən təmizləmək mümkündür.       

Bunun üçün meyvə və tərəvələri əvvəl adi suda yuyun, sonra sodalı suda (1 l suya + 1 x.q. soda) 15 dəqiqə saxlayın, ən sonda isə axar su ilə yaxalayın.


Araşdırma göstərib ki, soda məhlulu xüsusi dezinfeksiya edici məhlullardan daha effektlidir.