Milli Onkologiya mərkəzinə yeni tomoqrafiya gətirildi

  • 2023.01.30 15:16
  • 1460 Baxış
Milli Onkologiya mərkəzinə yeni tomoqrafiya gətirildi

Milli Onkologiya Mərkəzinin (MOM) Şüa müalicəsi və Tibbi fizika şöbələrinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəstəyi ilə yeni, ən müasir ultrasəsli tomografiya Siemens NX3 ELİTE aparatı alınıb.



"Medicina" xəbər verir ki, göstərilən cihaz orqan və toxuma daxili şüa müalicəsinin daha dəqiq aparılması üçün ətraf toxumaları maksimum qorumaqla, patoloji prosesi yüksək dozada şüalandırmağa imkan yaradır.

Bu da şüa müalicəsinin effektivliyinin yüksəlməsi və gözlənilən şüa fəsadlarının xeyli azalmasına imkan yaradır. Nəticədə pasiyentlərin yaşama və həyat göstəriciləri xeyli yüksəlir.