Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər? – Sirlər

  • 2023.08.16 17:58
  • 3499 Baxış
Misir fironları 50 dərəcə istidə necə sərinlənirdilər?  – Sirlər

Dünyada qlobal istiləşmə başlayıb. Artıq yayda havalar 40 dərəcədən aşağı olmaya bilər. Çoxu kondinsioneri çıxış yolu kimi görür. Bəs kondinsioner olmasa və elektrik şəbəkələri yüklənməyə dözməsə, insanlıq özünü necə xilas etməlidir?


Qədimdə kondinsioner olmayanda isti ölkələrdə insanlar nə edirdi. Məsələn, Misir fironları saraylarında 50 dərəcə istidə necə sərinlənərdilər?

Medicina.az 7 maraqlı tövsiyəni təqdim edir.

1.Evi yarıqaranlıq et


Pərdələri, jalüzləri endirin. Evə düşən gün işığı içəridə " parnik effekti” yaradır.


2. Evi axşamdan soyutmağa başlayın


Bütün gecə boyu pəncərələri açıq qoyun, qapıları torlu qapı ilə əvəz edin. Sərin gecə havası evi soyudur. Bina evində yaşayanlar dəhlizə, bloka açılan qapını da axşam aralı qoysa, ev kifayət qədər nəfəs alacaq.


3.Gen-bol, rahat, açıq rəng geyimlər


İsti yay günləri cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Təbii pambıq, kətan, krujeva, ipək material seçin. Çalışın üzərinizdə geyim minimum olsun. Yayda dəri nəfəs almalıdır.

4.Başınıza sərin dəsmal bağlayın


Nazik dəsmal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyıb, boynunuzda bağlayın. Dərhal necə sərinlədiyinizi görəcəksiz.


5.Fironların sirri

Mələfəni soyuq suda isladıb, bərk sıxıb, bürünüb yatardılar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edir. Əgər yaş mələfə istəmirsizsə, onda islaq corablar geyinin.


6. İşıqları tor işıqla əvəz edin, məişət texnikasını söndürün


Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Bunlar istilik verir. Küncdə zərif bra işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.


7.İsti çay və qidalardan uzaq durun


Qaynar günlərdə qəhvə, şirin su, çay, isti yeməklərdən uzaq durun. Bədəni daxildən isitməyin sizə faydası olmayacaq.

Soyuducuda buz ehtiyatınız olsun. İçəcəyiniz suya buz atın. Hətta buz dolu qabı avtomobilə qoysaz, yolboyu maşın sərin olacaq.

Aygün Musayeva