Moskvada koronavirusdan ölənlərin sayı 1 358 nəfərə çadı

  • 2020.05.15 07:04
  • 29436 Baxış
Moskvada koronavirusdan ölənlərin sayı 1 358 nəfərə çadı

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 68 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 68 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 358 nəfərə çatıb.