Moskvada koronavirusdan sağalıb evə buraxılan xəstə: – “Sadə əlamətlərlə başladı”

  • 2020.03.07 20:09
  • 77626 Baxış
Moskvada koronavirusdan sağalıb evə buraxılan xəstə:   – “Sadə əlamətlərlə başladı”

Bu gün Moskvada koromavirus müalicəsini uğurla başa vurub sağalan Davil Berov adlı gənc kişi xəstəxanadan buraxılıb.
Medicina.az xəbər verir ki, o açıqlamasında necə yoluxması və ilk əlamətlərdən danışıb.

“İtaliyadan gələndən 5 gün sonra adi soyuqdəymədə olan öskürək və zökəm əlamətləri başladı. Lakin dostlarım daha diqqətli oldular və qərara gəldik ki,

tez gedib yoxlanaq. Analizlər koronavirus göstərdi. Panikaya düşmədik, 10 gündür müalicə aldım”.

İndi Berov özünü yaxşı hiss edir və 1 saylı infeksion xəstəxanasından evə yazılıb.

Xəstəni müalicə edən həkim Svetlana Smetanina bildirib ki, müalicə Rusiya Səhiyyə Nazirliyinin metodiki tövsiyyələri əsasında hazırlanmış sxem üzrə aparılıb. Pasiyent xəstəliyi yüngül formada keçirib.