MRT ilə beyindən fikirləri oxuyacaqlar

  • 2022.10.28 15:18
  • 1621 Baxış
MRT ilə beyindən fikirləri oxuyacaqlar

Texas Universiteti alimləri MRT ilə insan fikirlərii “deşifrə etmək” üsulunu tapıblar.

"Medicina" xəbər verir ki, beyinin MRTzamanı insanın eşitdiyi və ya düşündüyü sözləri "oxumaq" üçün komputer alqoritm yaradılıb.

MRT beyin vasitəsilə qanın oksigenlə dolması axınını izləyir. Alimlərin sözlərinə görə, belə yanaşma ayrı-ayrı neyronların fəallığının ölçülməsi üsulundan daha asandır.

Yeni tədqiqatda komanda 16 saat ərzində podkast və radio reportajlara qulaq asan 20-30 yaş arasında olan bir qadın və iki kişinin beyninin MRT-qeydlərinin köməyi ilə alqoritmi öyrəniblər.

Nəticədə alqoritm sınağın iştirakçılarının eşitdiyi qeydləri müvəffəqiyyətlə canlandırmağa nail olub.

Aygün Musayeva