Müalicəyə tabe olmayan orqanların xilası orqan nəqlidir– Professor Sedat Yıldırım

  • 2023.04.07 15:14
  • 2738 Baxış
Müalicəyə tabe olmayan orqanların xilası orqan nəqlidir – Professor Sedat Yıldırım
Vücudumuzdakı bir çox orqan və toxumaların müalicəsində cərrahi və dərman müalicələri effekt verir.

“Medicina” xəbər verir ki, Başkent xəstəxanasının cərrahı, professor Sedat Yıldırım orqan nəqlindən danışıb.

"Bəzi həyati vacib orqanlar var ki, onlar funksiyalarını tamam itirdikdə əsl müalicə metodu orqan nəqli olunmasıdır. Bunlara qaraciyər və böyrəklər də aiddir.

Günümüzdə bu 2 orqanın transplantasiyası çox uğurla aparılır. Qaraciyər və böyrək nəqli canlı donor və meyitdən oluna bilir.

Orqan nəqli aparılması üçün uyğun bir donorun olması əsas şərtdir".

Aygün Musayeva