Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Müəllimə dörd yaşlı oğlunu asdı

  • 2020.10.12 13:04
  • 1510 Baxış
Müəllimə dörd yaşlı oğlunu asdı


Məktəb müəllimi olan qadın mənzilində dörd yaşlı oğlunu asıb.

TASS-ın məlumatına görə, hadisə Rusiyanın Moskva şəhərində qeydə alınıb.

Uşağın meyitini işdən evə qayıdan ata aşkarlayıb.

Bildirilir ki, ailədə daha üç uşaq var.

43 yaşlı qadın cinayətin motivini açıqlaya bilməyib. O, psixoloji-psixiatrik ekspertizadan keçəcək.

Bundan başqa onun əvvəllər psixiatrın qəbulunda olduğu barədə məlumatlar araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.