Müğənni Adeli 20 kq arıqladan sirtfud-dieta – Pəhrizini açıqladı

  • 2019.11.12 17:21
  • 18855 Baxış
Müğənni Adeli 20 kq arıqladan sirtfud-dieta –  Pəhrizini açıqladı
Həmişə artıq çəkisi ilə gündəmdə olan, bundan çəkinməyən və elə artıq çəkili ulduz olaraq şöhrəti də parlayan Adel 

yeni dieta ilə kəskin arıqlayıb. Reper Dreykin ad gününə qatılan Adeli az qala heç kim tanımayıb.


Medicina.az xəbər verir ki, o, hazırda Britaniyada dəbdə olan sirtfud pəhrizi ilə 20 kq çəki atıb. Bu pəhriz orqanizmdə maksimal həddə sirtuinlərin hasilatını işə salır, bu zaman arıqlama geni aktivləşir və ən çətin gedən çəki belə əriyir.


Sirtfud pəhrizdə yalnız sirtuinlərin hasilinə səbəb olacaq qidalar yeyilməlidir: kələm, qırmızı şərab, göyərti, xurma, qəhvə, soğan, istiot, qoz, sarıkök və s. 

Fitnes və bu dieta ilə həftəyə 2-3 kq atmaq olur. 


Dietanın menyusuna baxdıqda orda yemək əvəzinə xüsusi kokteylin içilməsi yer alıb. 

Sutkada 1000 kkal dəyərində qida qəbuluna icazə verilir. Üstəlik idman və hərəkət təbii ki, həftəyə 3 kq atmağa səbəb olacaq. 


3 günlük 1000 kkal qida qəbulundan sonra onu 1500 kkala artırır, amma kokteyl içməyə davam edilir. 

İkinci mərhələ isə 2 həftə davan edir, orda kalori qəbuluna ciddi nəzarət olunmalıdır. 


Sirt ərzaqlardan hazırlanmış 3 qida yeyib, 2 dəfə kokteyl içirsiz. 

Sirt ərzaqların siyahısı çoxdur, istədiyinizi seçə bilərsiniz.

 


Müğənni Adeli 20 kq arıqladan sirtfud-dieta –  Pəhrizini açıqladı
Müğənni Adeli 20 kq arıqladan sirtfud-dieta –  Pəhrizini açıqladı