Müharibə vəziyyətində bu xəstəliklər kəskinləşə bilər - DİQQƏT!

  • 2020.10.05 16:54
  • 2452 Baxış
Müharibə vəziyyətində  bu xəstəliklər kəskinləşə bilər   - DİQQƏT!

Azərbaycan Qarabağ uğrunda Vətən müharibəsinə başladığı dövrdə cəbhə bölgəsi və eləcə də bütün şəhər və rayonlarda insanlar təşviş, narahatlıq vəziyyətində olur və aldığı xəbərlərdən müəyyən sarsıntılar keçirir. Bu ərəfədə arxa cəbhədə bir çox yaşlı və xroniki xəstəliyi olan insanların problemləri kəskinləşə bilər.


Medicina.az xəbər verir ki, təcili yardım xidmətinə ürək-damar, tənəffüs, eləcə də sinir sistemi problemləri, şəkərin səviyyəsinin artması, təzyiqlə bağlı çağırışlar artıb. Azərbaycan həm də koronavirusla mübarizəsini də davam etdirir.
Müharibə və hərbi vəziyyətdə bu xəstəlikləri olanlar diqqətli olmalı, bu ərəfədə bir daha həkim müayinəsindən keçməli, dərmanlarını almalı, yeniləməli və mütəmadi vəziyyətlərini evdə nəzarətdə saxlamalıdırlar.


Daha çox bu xəstəliyi olanlar diqqətli olmalıdır:


- Şəkərli diabet – şəkər stress, gərginlikdən yüksələ bilər. Eləcə də bu insanlar normal qidalanmasa, insulin istifadə edirsə, az qidalanmaqdan hipoqlikemiya vəziyyətinə düşə bilər.
- Ürək-damar problemi olanlar infarkt, insultdan profilaktika tədbirləri görməlidir
- Təzyiqi olanlar bu günlər mütləq təzyiq dərmanı uyğun dozada qəbul edib, həkimlə əlaqə saxlamalıdır
- Zob, qalxanvari vəz xəstəliyi olanlar

- Ağciyərlərində problem, astma xəstəliyi olanlarda dərmanlar gücləndirilməlidir
- Panik atak, nevroz, təşviş pozuntusu olanlar nevroloq müayinəsindən keçməlidir
- Xroniki böyrək xəstəliyi olanlar
- Mədə -12 barmaq bağırsaq xorası, qastriti olanlar – stresdən bu orqanlarda yaralar daha da kəskinləşir


Bu ərəfədə 45 yaş yuxarı insanlar və xroniki xəstəliyi olanlar kardioloq, nevroloq, endokrinoloq müayinəsindən keçib, ürək-damarların vəziyyətini yoxlatmalı, eləcə də hərbi vəziyyətdə çox həyəcan keçirənlər hormonal fonu, şəkəri, insulini yoxlatmalıdır.


Koronavirusdan qorunmaq da daim diqqətinizdə olmalıdır. Qeyd edək ki, artıq Avropa, Rusiya, İran, Gürcüstanda vəziyyət kəskinləşir


Səhhətinizlə bağlı terapevt mütəxəssisin müayinəsindən və müvafiq analiz, müayinələrdən keçmək üçün Medi Plus klinikasına istənilən vaxt müraciət edə bilərsiniz.


Medicina.az oxucuları üçün bütün laborator analizlərə 20% endirim olunacaq.
Özünüzü və ailə üzvlərinizi vaxtında qoruyun

Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36