Münasibətin ayrılıqla bitəcəyini göstərən əlamətlər

  • 2026.05.29 20:29
  • 59 Baxış
Münasibətin ayrılıqla bitəcəyini göstərən əlamətlər


Hər münasibətdə mübahisələr, fikir ayrılıqları və çətin dövrlər olur. Lakin bəzi davranışlar var ki, mütəxəssislər onları münasibətin gələcəyi üçün ciddi xəbərdarlıq siqnalı hesab edirlər.

Medicina.az xəbər verir ki, psixoloqların fikrincə, ayrılıqlar adətən bir günün içində baş vermir. Əksər hallarda münasibət aylar, bəzən isə illər ərzində zəifləyir və tərəflər bunun fərqinə gec varırlar.

1. Ünsiyyətin azalması

Münasibətlərin əsas dayağı ünsiyyətdir.
Əgər tərəflər:
Duyğularını paylaşmırsa;
Problemləri müzakirə etmirsə;
Bir-birinə qarşı laqeyd davranırsa;
münasibətdə emosional məsafə yaranmağa başlayır.
Mütəxəssislər bildirir ki, bəzən qəzəb deyil, məhz laqeydlik ayrılığın daha güclü xəbərçisidir.

2. Hər mübahisənin qalib-məğlub savaşına çevrilməsi

Sağlam münasibətdə məqsəd haqlı çıxmaq deyil, problemi həll etməkdir.
Əgər tərəflər:
Daim bir-birini günahlandırırsa;
Üzr istəməkdən qaçırsa;
Qarşı tərəfi dinləmirsə;
zamanla münasibətdə yorğunluq yaranır.

3. Hörmətin azalması

Psixoloqlar münasibətin ən vacib sütunlarından birinin qarşılıqlı hörmət olduğunu vurğulayırlar.
Aşağıdakılar təhlükəli siqnallar hesab olunur:
Alçaldıcı sözlər;
Təhqir;
İstehza;
Başqalarının yanında utandırmaq;

Qarşı tərəfin fikirlərini dəyərsizləşdirmək.

4. Gələcək planların ayrılması

Əvvəllər ortaq məqsədlər olan tərəflər zamanla tam fərqli istiqamətlərə yönəlirsə, münasibətdə çatlar yarana bilər.
Məsələn:
Yaşayış yeri ilə bağlı fərqli planlar;
Uşaq sahibi olmaq barədə fərqli düşüncələr;
Maliyyə və həyat tərzi ilə bağlı ziddiyyətlər.

5. Etibarın sarsılması

Etibar münasibətin təməlidir.
Yalanlar, gizlədilən məsələlər və ya davamlı şübhələr münasibətin təhlükə altına düşməsinə səbəb ola bilər.

6. Emosional yaxınlığın itməsi

Bir evdə yaşamaq hər zaman yaxınlıq demək deyil.
Bəzən insanlar eyni evdə yaşayır, lakin:
Bir-birinin hissləri ilə maraqlanmır;
Dərdlərini paylaşmır;
Birlikdə keyfiyyətli vaxt keçirmir.
Bu zaman münasibət formal xarakter almağa başlayır.


Aygün Musayeva