Mütəmadi gəzinti alzheimer xəstəliyinin qarşısını alır

  • 2025.11.22 10:00
  • 50 Baxış
Mütəmadi gəzinti alzheimer xəstəliyinin qarşısını alır

ABŞ-da aparılan bir araşdırma, gündə 3000 və ya daha çox addım atmağın Alzheimer xəstəliyinin irəliləməsini yavaşlada biləcəyini müəyyən edib.

Medicina.az xəbər verir ki, ABŞ-dakı Mass General Brigham Xəstəxanasının alimləri tərəfindən aparılan araşdırma, müntəzəm olaraq gəzən insanların daha yavaş və gec başlayan idrak geriləməsi yaşadığını müəyyən edib.

Gündə 10.000 addım ümumiyyətlə sağlam həyat tərzi üçün tövsiyə olunsa da, araşdırma, gündə 3000-5000 addım atanlarda idrak geriləməsinin orta hesabla 3 il, gündə 5000-7000 addım atanlarda isə 7 il gecikdiyini müəyyən edib.

Aygün
Medicina.az