Tərəvəzlər sağlam pəhrizin əsasını təşkil edir. Lakin, bütün tərəvəzlərin qida dəyəri eyni deyil. Mütəxəssislər bəzi tərəvəzlərin digərlərindən daha çox sağlamlıq faydası olduğunu bildirirlər.
Medicina.az xəbər verir ki, bu gün sağlam qidalanma mövzusu getdikcə daha çox əhəmiyyət kəsb edir. Mütəxəssislər tərəvəzlərin balanslı pəhriz üçün əsas olduğunu vurğulasalar da, bəzi tərəvəzlərin digərlərindən daha çox sağlamlıq faydası olduğunu bildirirlər.
Bəs bu super tərəvəzlər hansılardır?
Pomidor: Botanika baxımından meyvə olsa da, pomidor qidalanma baxımından tərəvəz hesab olunur. Yüksək likopen və beta-karoten tərkibi sayəsində pomidor güclü antioksidan mənbəyidir, xüsusən də prostat xərçəngi riskini azaltmaqda təsirlidir.
İspanaq: Qış aylarının əvəzolunmaz yaşıl yarpaqlı tərəvəzi olan ispanaq K vitamini anbarı kimi tanınır. Gündəlik K vitamini ehtiyacınızı cəmi 30 qram ispanaq istehlak etməklə ödəyə bilərsiniz.
Yerkökü: Xarakterik narıncı rəngini güclü antioksidant beta-karotendən alan yerkökü göz sağlamlığı və immun sistemi üçün əvəzolunmaz bir qidadır. Gündə təxminən 128 qram yerkökü istehlak etməklə bədəninizin A vitamini ehtiyacını tam ödəyə bilərsiniz.
Ümumiyyətlə tərəvəz istehlakının sağlamlığımıza bir çox müsbət təsiri var. Mütəmadi tərəvəz istehlakı immunitet sistemini gücləndirir, həzm sisteminin müntəzəm işləməsini təmin edir və çəki nəzarətinə kömək edir. Mütəxəssislər gündə ən azı 5 porsiya tərəvəz və meyvə istehlak etməyi məsləhət görürlər. Bu miqdar bədənimizin ehtiyac duyduğu vitaminlərin, mineralların və liflərin böyük bir hissəsini ödəməyimizə kömək edir.
Aygün
Medicina.az