Nadir qrip simptomu – Hər adamda olmur

  • 2026.04.07 17:01
  • 94 Baxış
Nadir qrip simptomu  – Hər adamda olmur



Bəzən qripin nadir növü burunda, boğazda yox, qarından başlayır.


Medicina.az xəbər verir ki, immunoloq Nikolay Kryuçkovun sözlərinə görə, qarın nahiyəsindəki narahatlıq nadir qrip simptomu ola bilər.

Bəzən qripə yoluxduqda atipik əlamət,məsələn, qızdırma olmaya bilər.

Lakin insan mədə-bağırsaq pozğunluğuna bənzər xoşagəlməz simptomlar yaşayır.

Mədə ağrısı və qıcolmalar nadir qrip simptomunu təsvir edə bilər.

Mütəxəssis əlavə etdi ki, mədə-bağırsaq narahatlığı adətən ümumi halsızlıq və zəiflik ilə müşayiət olunur. Bunlar sonradan əzələ ağrıları və üşütmə kimi digər qripəbənzər simptomlarla müşayiət olunur.

Aygün Musayeva