- 10 il qarnındakı şişlə gəzdi, kökəldiyini zənn etdiNadir rast gəlinən hadisə

  • 2018.03.29 13:33
  • 18482 Baxış
 - 10 il qarnındakı şişlə gəzdi, kökəldiyini zənn etdi Nadir rast gəlinən hadisə
Amerikanın Nyu Cersi ştatının Xoboken şəhər sakininin qarnından çəkisi 14 kiloqram olan bəd xassəli yenitörəmə götürülüb.

 

Medicina.az xəbər verir ki, bu barədə Daily Mail jurnalı məlumat yayıb.


Jurnalın yazdığına görə, 63 yaşlı Kevin Deli qarnının şişməsinin səbəbi kimi 2015-ci ildə keçirdiyi ürək əməliyyatından şübhələnib. O, 15 kiloqram arıqlayıb, amma qarnı dəyişməz olaraq qalıb. 2017-ci ilin dekabrında həkimlərdən onu kompüter tomoqrafiyasından keçirməsini tələb edib.


Tomoqrafiya Delinin qarın boşluğunun böyük əksəriyyətinin nəhəng liposarkoma ilə zəbt edildiyini müəyyənləşdirib. Yenitörəmə onun qarnında 10 il müddətində inkişaf edib. Qaydalara əsasən, liposarkoma özünü çox tez biruzə verir, ona görə bu ölçüdə olması nadir hadisə kimi qiymətləndirilib.


Delinin şişinin və onun nüfuz etdiyi böyrəyinin götürülməsi əməliyyatı 6 saat çəkib. Məlum olduğu kimi liposarkoma çox zəif genişlənir və metastaz verməklə müşahidə olunmur, ona görə də həkimlər proqnozun yaxşı olacağına əmin olduqlarını bildiriblər.


Liposarkoma bədxassəli yenitörəmədir, 50-60 yaşlı kişilərdə tez-tez müşahidə olunur. O, bədənin istənilən orqanında peyda ola bilər, amma ən çox qalça, diz oynaqları, qarın boşluğunda və çiyin nahiyyəsində əmələ gəlir.