Nə üçün uşaqlara “Pfizer” vaksini vurulur? - AÇIQLAMA

  • 2021.10.07 14:02
  • 1235 Baxış
Nə üçün uşaqlara “Pfizer” vaksini vurulur? -  AÇIQLAMA
Səhiyyə Nazirliyi artıq Bakı Sağlamlıq Mərkəzində uşaqların könüllü xarakterli vaksinasiyasına başlayıb.

Medicina.az -ın məlumatına görə, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

O uşaqların “Pfizer” vaksini ilə peyvəndlənməsinin səbəbini açıqlayıb:

“Bu yaş qruplarına bu vaksinin vurulması elmi sübutlarla təsdiq olunub. Ona görə də bu tədbir həyata keçirilir”.