Nəfəs kəsən xəstəlik - Bokavirus nədir? - Simptomıarı

  • 2026.01.13 12:58
  • 200 Baxış
Nəfəs kəsən xəstəlik -  Bokavirus nədir? -  Simptomıarı

Türkiyədə Ərzincanda 2 yaşlı uşaq qripə bənzər nadir yuxarı tənəffüs yolu infeksiyası olan bokavirusa yoluxduqdan sonra çətinliklə ölümdən xilas oldu.

Medicina.az xəbər verir ki, Ərzincanda yaşayan Əli Enfal öskürək və yüksək hərarət şikayətləri ilə xəstəxanaya aparılıb.

İlkin müayinələrdən sonra balaca uşağa dərman verilib və evə göndərilib. Lakin vəziyyəti tez bir zamanda pisləşib.

Qripə bənzər nadir yuxarı tənəffüs yolu infeksiyası olan bokavirusa yoluxan uşaq, artan nəfəs darlığı və xırıltı səbəbindən yenidən xəstəxanaya yerləşdirilib.

Balaca oğlan dializ və dəstəkləyici müalicələr sayəsində orqan nəqlinə ehtiyac olmadan sağlamlığını bərpa edib.



"Bokavirus" ailələr üçün yeni bir narahatlığa çevrilib.

Bokavirus (İnsan Bokavirusu / HBoV) əsasən tənəffüs yollarının infeksiyalarına, xüsusən də körpələrdə və kiçik uşaqlarda səbəb olan bir virusdur.

Bokavirus infeksiyası adətən adi soyuqdəyməyə bənzər şəkildə özünü göstərir. Ən çox görülən simptomlar qızdırma, burun axıntısı, tıxanıqlığı, boğaz ağrısı, yorğunluq və xüsusilə öskürəkdir.

Bəzi insanlarda xırıltı, nəfəs darlığı və sürətli nəfəs alma kimi aşağı tənəffüs yollarının simptomları inkişaf edə bilər və bronxiolit və ya pnevmoniyaya keçə bilər.

Daha az hallarda qusma və ishal kimi mədə-bağırsaq şikayətləri də baş verə bilər.

Aygün