Neftçilər xəstəxanasında 7 tibb işçisi koronavirusa yoluxub

  • 2020.07.03 18:01
  • 1553 Baxış
Neftçilər xəstəxanasında 7 tibb işçisi koronavirusa yoluxub
Xüsusi rejimli xəstəxanalarda həkimlər arasında yoluxma azdır.

Bunu Oeprativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, Neftçilər Xəstəxanasında 7 fakt aşkar edilib.

Onların da əksəriyyəti evdən yoluxublar. O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”.