Nevroz, panik atak, hətta xərçəng şüuraltı blokdur, onları pozmaq lazımdır - Psixoterapevtdən İLGİNC

  • 2020.11.24 15:42
  • 10877 Baxış
Nevroz, panik atak, hətta  xərçəng şüuraltı blokdur, onları pozmaq lazımdır -  Psixoterapevtdən İLGİNC


Psixoloq, psixoterapevt, pedaqoq, psixologiya üzrə təlimçi Səidə Musayeva bu elmlər üzrə İsveçrə və Moskvada təhsil alıb. Ümumrusiya Professional Psixoterapiya Liqasının Azərbaycan nümayəndəliyinin və Fortuna psixologiya mərkəzin rəhbəridir. Beynəlxalq dərəcəli məsləhətçidir.


Şairə və yaradıcı insan Səidə Musayeva Medicina.az-a son zamanlar əhalinin müxtəlif yaş qruplarından olan təbəqəsini narahat edən qorxular, şüuraltı neqativ köklənmələr, azyaşlı uşaqlarda psixoloji problemlər, pandemiya və müharibə ilə əlaqədar da artan təşviş və panik atakların kökləri, psixoloji müalicəsi ilə bağlı danışıb.



İstənilən qorxu insanda şüuraltında bir blok yaradır.
O blok getdikcə dərinləşir.


• Səidə xanım, niyə insanlarda arzulamadıqları psixoloji problemlər baş verir? Axı heç kim istəməz ki, beyni onu mənfi, pessimist, neqativ istiqamətə aparsın. Həm də bu problemlərin konkret dərmanı da olmur. İnsanları ağır psixoloji problemlərin məngənəsindən hansı metodla xilas etmək olar?

• Şüuraltı proqramı çox vacibdir. Çünki bütün problemlərin kökü ordan gəlir. Alimlər də elmi olaraq sübut edib ki, hər bir görünən nəticənin öz səbəbi var. Qorxu, neqativ hisslər insanın əvvəl beynində yaranır, orda formalaşır, güclənir, sonra fiziki olaraq meydana çıxır və bədəndə simptomlarla özünü göstərir. Mən özəl metodlar, psixoloji texnikalar ilə pasiyentin birbaşa şüuraltına təsir etməklə problemi aradan götürürəm.



• Hansı psixoloji problemləri olan insanlar psixoterapevtə vaxt itirmədən müraciət etməlidir?. Bu illər ərzində təcrübənizdə hansı problemləri daha yaxşı həll edə bilmisiz?


- 7 ildir psixoloji mərkəz yaratmışam. Elə bir psixoloji problemli insan yoxdur ki, qəbul etməyim. Mən çox sayda onkoloji xəstə ilə işləmişəm. Onlar diaqnozlarını bilirdilər. Gələndə sadəcə istəyirdilər ki, xəstəliklərini gəbul edib, ömürlərini rahat başa vursunlar. Yəni ən azı bu xəstəliyi sakit qarlışamaq, depressiya, qorxudan xilas olmaq üçün. Əlbəttə belə xəstələrə psixoloji dəstək vacibdir.

Mən öz metodikam və texnikaların ilə onların şüuraltı proqramlarına daxil olub daxili resurslarına təsir edirəm. Amma indiyə kimi qəbul etdiyim və işlədiyim pasiyentlərim sağdılar, şükür yaşayırlar. Onlar tibbi müalicə ilə bərabər, psixoloji seanslar da alırlar. Mən onların şüuraltında həyat, yaşamaq gücü, eşqini qaldırıram, neqativ proqramı pozuram. Hər bir insanın daxili resursu içindədir. Onu açmaq lazımdır. O resursu açdıqda, şüuraltını düzgün proqramlaşdırdıqda, xəstəliyə qalib gəlmək olur. İnsanın düşüncəsindən çox asılıdır. Bu xəstələrdə “YENİ MƏN” yaradanda insan çox şeyə qadir olur. Və mənim hər seansda məqsədim odur ki, insanın öz daxili gücünü açım.

İnsanın öz resursu onun dərmanıdır. Xəstə həkimlərə gedir, müxtəlif səbəblərdən şikayətlənir: baş ağrısı, bel ağrısı, ürək ağrısi. Həkimlər müayinə edir, amma ciddi fizioloji bir xəstəlik tapmırlar. O insanlara da VSD, nevroz, psixoloji diaqnozlar qoyurlar.
Biz psixosomatik problemlərlə də işləyirik və bu əlamətlər gedir.

• Əslində çox adam başa düşür ki, güclü olmaq lazımdır. Amma özü heç nə edə bilmir. Yəni gücü yoxdur ki, bunu həyata keçirsin

• Elə ona görə də, bizim metodikalardan yararlanmalıdır. Psixoterapevtlər bunun üçündür. Mən onda YENİ MƏN yaradıram. İnsan ruhən, psixoloji baxımdan güclü olsa heç nə onu üstələyə bilməz. Bunun da öz yolları var ki, psixoterapevtlər illərlə öyrənir.

• Son zamanlar qorxular, fobiyalar, insanlara üstün gəlməyə başlayıb. İnsan qorxanda nə baş verir, bu onun beynini, həyatını necə dəyişir?

• İnsan qorxanda, qorxulu fikir gələndə, beynində bir fikir formalaşır ki, bu problem onu aşdı və heç vaxt buna qalib gələ bilməz.

İstənilən qorxu insanda şüuraltında bir blok yaradır. O blok getdikcə dərinləşir.
Qorxu kodları tapılıb açılmalıdır. Yoxsa onun fəsadları artacaq. Əvvəl panika, sonra depressiya, daha sonra fiziki olaraq xəstəliklərə kimi gedib çıxır. İstənilən qorxularda ilk başda psixoterapevtə üz tutulsa, fəsadları aradan qalxar. Xüsusən uşaq və yeniyetmələrdə.





O qədər dərinliyə gedirdi ki, hətta olmayan şeylər belə canlandırırdı beynində və buna inanırdı.
Daim təşviş, qorxu ilə yaşayırdı.



• Bu vaxta kimi ən yaddaqalan, müalicəsi möcüvəzi pasiyentiniz kim olub?


• Əslində, hər pasiyentim özünə görə yaddaqalan və fərqlidir. Mənim üçün yüngül pasiyent yoxdur. Elə pasiyent olur ki, çox kiçik və ona narahatlıq verən bir səbəblə, ya bir qorxu ilə gəlir ki, doktor, bu məni narahat edir, problemim budur, bunu həll edək. Amma onu diaqnoz edib, şüuraltı ilə işləyəndə görürəm ki, orda nə qədər blok, boşluq, problem, qorxu,travma, kin və inciklik var. Bunları həll etməsək, bu kiçik qorxu həll olmayacaq. O insanın həyatı və duşuncəsi dəyişməyəcək. Ona görə hər bir pasiyentlə dərindən işləmək lazımdır. Amma maraqlıdırsa, bir pasiyenti qeyd edə bilərəm.


O bir xanım idi, 59 yaşı olardı. Artıq böyük övladları var idi. Bu qadın 9 il idi ruhi, əsəbi pozulmuş xəstə idi. Çoxlu psixiatrik dərmanlar qəbul edirdi, hətta dispanserə gedib gəlirdi. Ailəsini tanımırdı, özünü belə unutmuşdu. Çox aqresssiv idi. Artıq övladları onun düzələcəyinə inanmırdılar. Qadın ilk qəbulda mənə qarşı belə çox aqressiv idi, hücumlar edirdi. Çox qorxulu mənzərə idi.

Onu diaqnoz etdik, mən hiss etdim ki, bu insan hər şeyə görə həyəcan keçirən, gəncliyindən fikir edən adam olub. Ürəyinə, beyninə hər şeyi salırdı. Övladları ilə bağlı narahat idi. O qədər dərinliyə gedirdi ki, hətta olmayan şeylər belə canlandırırdı beynində və buna inanırdı. Daim təşviş, qorxu ilə yaşayırdı. Və qəfildən onun beyni reallıqdan uzaqlaşdı. Psixoanaliz bir çox proqramları açdı. Bu istiqamətdə qadınla işlədim. Qadın 3-cü seansdan sonra aqressivliyi itdi, kabinetdə normal əyləşirdi.


Bir gün səhər ofisə gələndə gördüm qadının uşaqları, ailəsi tezdən gəlib, çox həyəcanlı idilər, ağlayırdılar. Elə bildim qadına nəsə olub. Sən demə, həmin gün səhər möcüzə baş vermişdi. Oğlanları ilə bir həyətdə yaşayırdı ana. Səhər oyanıb görüblər ki, qadın durub özü yemək bişirib, süfrə açıb, uşaqlarını gözləyib və övladlarının hamısını tanıyıb, adlarını çəkib. Qadın başına nə gəldiyini bilmir. Ona bu 9 ildə nə baş verib, hansı nəvəsi olub, onu deyiblər. Yenidən ona baş verənləri danışıblar. O qadınla seansı davam etdirdik və tam normal həyatına qayıda bildi.




Əslində pandemiya insanlara çox gözəl dərslər verdi


- Uşaqlarda son zamanlar psixi, əqli geriləmə, hətta danışmaqda gecikmələr artıb. Valideynlərin az qala günü loqoped mərkəzlərində keçir. Siz də uşaqlarla işləyirsiz. Burada əsas istiqamətlər hansılardır?

• Uşaqlarda gec danışma, kəkələmə, autizm, hiperaktivlik, diqqət yayqınlığı, danışsa da cəmiyyətə çətin adaptasiya olma və s. kimi problemlərlə müraciətlər çoxdur. Kəkələmə və gec danışma da şüuraltından qaynaqlanır və təbii ki, burada valideynlərin, ailənin psixoloji problemlərinin rolu da az deyil.

Hal hazırda bir uşaq pasiyent var, kəkələmə problemi üzərində işləyirik. Bu uşaqda kəkələmə həm qorxu ilə bağlıdır (uşaq nə vaxtsa qorxub və bu qorxu şüuraltında dərinləşib), eləcə də düzgün tənəffüs prosesinin olmaması, özgüvən hissinin aşağı olması ilə əlaqədardır. Kəkələməni həll etmək üçün həm uşağın nəfəsalması, həm yoqa, həm nitqi, həm də şüuraltı ilə işləyirik. Çox gözəl nəticələr əldə edirik. Olub ki, artıq 3-cü dəfədən uşaqda kəkələmə problemi çözülməyə başlayır. Bu çarəsi olmayan problem deyil.


• Səidə xanım, koronavirus pandemiyası insanların psixologiyasını alt üst etdi. Bizə çox sayda oxucular təşviş, boğulma hissi, panik ataklardan yazır. Gənclər xüsusilə bu problemlərin əsirinə çevrilir. Sizə də belə müraciətlər yəqin ki, artıb. Bunun üçün nə edə bilərik?


• Birmənalı cavab vermək qısa müsahəbədə olmur, amma deyə bilərəm ki onun yaranma səbəbləri çox amıllərdir : qorxu, stress, xəstəlik, ailədə problemlər, travma, həl olunmayan problemlər və s. Bəli, Panik atak ümumiyyətlə, yaşadığımız əsrin birinci psixiloji probleminə çevrilib. Məsələn, 20 il əvvəl insanlarda bu qədər panik atak yox idi. Onun da kökü, səbəbi yenə də düşüncədir. Çünki neqativ bir fikir beyində yer edəndə, bu fikir kök saldıqca, artıq o dərəcəyə çatır ki, qorxu və panik atakla özünü xatırladır.


Neqativ bir düşüncəni bir positiv söznən çevirmək olar. Söz böyük gücə malikdir. Söz var ki, insanı bir anın içində məhv edə bilər, söz də var ki insanı pozitiv, güclü, ümidli edər.

Maraqlısı odur ki, insan gündə 100 dəfə Mən uğursuzam! Bəxtim yoxdur! Hər şey pisdir və çətindir! Məndə heç nə alınmır! kimi sözləri çox asanlıqla deyə bilir. Amma Mən xoşbəxtəm, Uğurluyam, məqsədimə asanlıqla nail oluram kimi sözləri gündə bircə dəfə demir

Alimlər sübut edib ki, insan gündə bir neçə dəfə xoş bir ifadə, affirmasiyanı təkrarlasa, uğurlu hisslərə köklənər, daxili gücə malik olar,özünü uğura proqramlaşdırar.
Hər gün neqativlə yoğrulan insan özündə güc tapa bilməz.

Bir də demək istərdim ki, pandemiya zamanı insan bir şeyi başa düşməlidir: ona müəyyən bir zaman, fasilə verildi ki, öz üzərində işləsin. Bəzi insanlar oldu ki, evdə oturanda yeni dil öyrəndi, kitab oxudu. Hobbi tapdı, idman etdi. Öz üzərində işlədi, nəsə yeni bir şey öyrəndilər. Deməli, bu insanlar pandemiyadan müsbət yönümdə istifadə etməyi bacardı. Onlar psixoloji baxımdan güclü insanlardır. Elələri də oldu, evdə qapanıb nə edəcəyini bilmədi, aqressiyasını övladdan, ailəsindən çıxdı, pessimistliyə kökləndi. Gələcəyinə görə qorxdu. İşsiz qalacam, pulsuz qalacam, necə olacaq? Sözsüz ki, bu insanlarda panik atak, depressiya, təşviş pozuntusu olacaq.

Panik atakları da şüuraltına təsir etməklə həll edirik. 5-10 seansa həll olunur. Panik atakın öz-özünə keçəcəyini gözləməyin, onun da səbəbləri şüuraltındadır. Dediyim kimi bloklar, kodlar hansı ki, insandan asılı olan və olmayan səbəblərdən yaranır. Onları pozmaq və əvəzinə yeni fikirlər yazmaq lazımdır.

Aygün Musayeva

Psixoterapevtlə əlaqə və müalicə üçün:
Med konsaltinqə müraciət edə bilərsiz:
Əlaqə tel: 050 372 77 14






Bloklar, kodlar hansı ki, insandan asılı olan və olmayan səbəblərdən yaranır.
Onları pozmaq və əvəzinə yeni fikirlər yazmaq lazımdır