Nəyə görə dünyada miqren xəstəliyi artır?

  • 2024.02.12 15:30
  • 965 Baxış
Nəyə görə dünyada miqren xəstəliyi artır?

Hazırda baş ağrılarının çoxusu miqren səbəblidir.
Azərbaycanda da geniş yayılmış miqrenin dəqiq müalicəsi yoxdur.

"Medicina" xəbər verir ki, nevroloq İnna Filatova miqrenin əsas səbəblərindən biri olan qidalanma faktorunu açıqlayıb.

"Miqren tutması başladısa onu ilk bir saatda nəzarətə götürmədikdə, 4 saatdan 2 sutkaya qədər davam edir. Ağrının kəskinləşmə və eniş fazası olur.
Ağrı daha çox bir tərəfli olub boyun, baş, üz, göz əhatə edir.
Ürəkbulanma, əsəb, qıcıq, işığa həssaslıq olur. hərəkət edəndə iş görəndə artır.

Əsas amillər stress, yuxusuzluq, narahat yatmaq, 5 saata qədər ac qalmaq.

Kofein, spirt, qırmızı çağır, bəzi qidalar,ş şokolad miqreni oyadır.

Hətta mjiqrenə Çin restoranı sindromu deyirlər .Sosis, kolbasa, qlütomat natriumlu qidalar, konservlər yeyənlərdə də miqren başlaya bilir.
Miqren xəstələri istirahət, yuxu və qidanı qaydaya salmalıdır".

Aygün Musayeva