Nəyə görə insan şoraba və duzlu yemək istəyir?

  • 2022.05.05 17:02
  • 3108 Baxış
Nəyə görə insan şoraba və duzlu yemək istəyir?


İnsan orqanizminin daha çox şorabaya meyilli olması, xüsusən hamiləlikdə bu tələbatın artması tibdə ən təəccüblü məqamlardan biridir.

Şorabaya spesifik dadı xlorid - natriy verir.

Karbohidrat, zülal və yağlardan fərqli olaraq, şoraba orqanizmə heç bir enerji vermir, qida dəyəri yoxdur, hüceyrələr üçün tikinti və həyat materialı deyil. Amma digər kimyəvi, toksiki maddələrdən fərqli olaraq, insanı zəhərləmir.

Bakupost.az xəbər verir ki, natrium orqanizmə lazımdır, lakin onun sutkalıq dozası 5 qr-ı keçməməlidir. Lakin biz xörəyi, çörəyi duzlamaqdan bezməyib, hər oturumda 100 qram və daha çox şoraba, turşu da yeyirik.

Heç kim salatına sink, selen, dəmir səpmir, halbuki orqanizmə onlar duzdan daha çox lazımdır.

Duzlu qida istəmək heç də natrium defisitində baş vermir. Şoraba sadəcə beynin alışdığı daddır, vərdişdir.

Dildə olan dad reseptorlarının aktivliyi nəticəsində insan daha çox xoşuna gələn qidaya meyillənir. Adətən bu şirin və duzludur.
Alimlər insanda 16 müxtəlif dad spektri aşkarlayıb. Bunlar kükürd dadlı -kələm, yumurta, bəzi bitkilər, sitrus dadları, ağac dadı - kök, fındıq, qoz və s.

Dadbilmə də hissdir və insanda baza və alt dad hissləri var. Hətta biz suyun da dadını hiss edirik.
Baza dadlar- acı, şirin, turş, duzlu və qarışıqdır.

Bunlardan biri ağıza düşdükdə, xüsusi molekullar dad reseptorları ilə əlaqəyə keçib, beyin kökünə elektrik siqnalları kimi kimyəvi siqnal göndərir
Ordan isə siqnallar digər bölmələrə ötürülür.
Bu siqnal ötürülməsi ona görə lazımdır ki, insan ağzına qoyduğu maye və qidanın köhməlmiş, kal, çiy, zəhərli, acı olub olmamasını hiss etsin və özünü qorusun.

Alimlər onu da sübut edib ki, dad reseptorları orqanizmdə həyati vacib kimyəvi element, mineralların disbalansını təyin etsin.
Hesab edilir ki, əgər insan çox şoraba istəyirsə, bu natrium ionlarının çatışmamasına siqnal ola bilər.

Orqanizmdə bu elementin lazımi norması saxlanmalıdır ki, hüceyrələrin, neyronların siqnal ötürmə funksiyası işləsin.

Natriumsuz hüceyrələr bir-biri ilə ünsiyyətə girə bilmir, informasiya mübadiləsi getmir, orqanizmdə kəskin duz çatışmazlığı olarsa hiponatriemiya baş verir, nəticədə insan ölür.

Aygün Musayeva