Nəyə görə menstruasiyadan öncə baş ağrıyır – Səbəblər, yardım

  • 2021.11.29 16:00
  • 1487 Baxış
Nəyə görə menstruasiyadan öncə baş ağrıyır  – Səbəblər, yardım

Bir çox qadınlarda menstrual tsikldən öncəki 2-3 gündə miqren, baş ağrıları, predmenstrual sindrom başlayır. Bu simptomlar olduqca çətindur və qadını haldan salır.


Medicina.az orqanizmin menstruasiyaya belə reaksiyasının səbəblərini araşdırıb.

Bu günlərdə qadınlarda əsəbi gərginlik, ağrılar, qıcıqlanma, oyanıqlıq baş verir. Bunun başlıca səbəbi tsiklin ortasında orqanizmdə yığılıb çoxalmış progesteron hormonudur.

Lakin menstruasiyaya bir neçə gün qalmış bu hormon kəskin azalır, ona görə də ürək bulanır, yorğunluq, baş ağrıları baş verir.

Digər problemləri olan – zob, ginekoloji, artıq çəki, təzyiq və s. qadınlarda bu amil ikiqat zərər verir və bədəndə maye toplandığı üçün başda ağrılar başlayır.


Predmenstrual sindromun digər əlamətləri:

- Süd vəzilərinin bərkiyib, şişib, ağrıması
- Qarının aşağısında sancılar
- Əhvalın pisləşməsi, əsəbilik, depressiya
- İştahın artması
- Yuxunun pozulması
- İş görməyə enerjinin olmaması
- Miqren
- Boyun ağrısı
- Gözlərdə ağırlıq
- Qarında köp

Bu simptomlar menstruasiya bitən kimi itib gedir. Onlar sinir, nevroloji, baş beyin, immunitetlə əlaqəli deyil.

Eləcə də digər hormon – estrogenin səviyyəsi də bu ərəfədə dəyişir, nəticədə ayaqlarda şişkinlik, ağırlıq, əzələ gərilməsi ola bilər. Umumiyyətlə toxumalar arasında maye artır, kəllədaxili təzyiq yüksəlir.

Üstəlik müasir qadınlar ayın hər günü depressiya, stresli vəziyyətdə olduğu üçün gərginlik baş ağrıları da artır və hətta hormonal, menstruasiya pozulmasına səbəb olur.

Ona görə bu ərəfədə mütləq sakitləşdirici preparatlar qəbul etmək lazımdır.

Predmenstrual sindromu ginekoloq və endokrinoloq müayinə, müalicə edir. Qadın hormonal disbalansı düzəltməli, stresi aradan qaldırmalı, müəyyən dərmanlar qəbul etməlidir. Bədəni ağrıkəcisilərə öyrəşdirmək olmaz. Yaxşı olar ki, bu günlərdə tez yatıb, qaranlıq otaqda uzanıb, dincələsiz.


Menstrusiyaya az qalmış duzlu qidalardan qaçın, çox gəzin, isti duş alın, çobanyastığı çayı için, ayaqları masaj edin. Ağrılara qarşı Parasetamol, İbuprofen, Nimesil qəbul edə bilərsiz.
Kofe, tünd çay, şokolad, alkoqol, yağlı, duzlu qidalar olmaz.