Nəyə görə qadınlar kişilərdən tez qocalır?- Elmi izah

  • 2022.01.27 14:38
  • 2772 Baxış
Nəyə görə qadınlar kişilərdən tez qocalır? - Elmi izah

Hamıya məlumdur ki, hansı yaş kateqoriyasını götürsək, kişilər arasında ölüm hallarının qadınlara nisbətən daha çox olduğunu görərik.

Digər tərəfdən, o da məlumdur ki, yaşlı qadınlar sağlamlığını daha tez itirirlər, onların kişilərdən daha pis qocaldığını deyə bilərik.

Medicina.az xəbər verir ki, Ekseter Universitetinin tədqiqatçılarının “Nature Communications”da yazdıqları kimi, əslində bu paradoksun daha uyğun izahı var.

Bu, iki cins arasındakı genetik konfliktlə, daha dəqiq desək, genlər arasındakı münaqişə ilə bağlıdır, hansı ki hər iki cinsin sağlamlığını təmin edir.

Aydındır ki, sağlam bir insanın nəsilartırma ehtimalı daha yüksəkdir.

Qadınlarda bədən qurluşu və sağlamlıq müəyyən yaşdan etibarən bir-biri ilə əlaqəni itirir, xüsusilə menopozdan sonra nəsilartırma qabiliyyəti itir.

Ancaq kişilərdə belə deyil, qadınlardan daha uzun müddət nəsilartırma qabiliyyəti olur.

Təbii seçmə xatırladığımız kimi ən uyğun olana üstünlük verir.


Bu o deməkdir ki, kişilərin nisbətən qocalıqda sağlam qalmasına imkan verən genlər insan genomunda qorunub saxlanılır.


Deməli, qocalıqda kişilərin sağlamlığını dəstəkləyən, lakin qadınların sağlamlığını pisləşdirən gen varsa, o zaman belə gen populyasiyada qalacaq, təbii seçmə onu məhv etməyəcək.


Nəzəri olaraq, kişi və qadınların fərqli genomları olsaydı, problemdən qaçınmaq olardı, amma hamımızın genomu eynidir.


Təbii ki, qadın sağlamlığını artıran və kişi orqanizmi üçün çox da yaxşı olmayan genlər də var. Ancaq bu cür genlər qadın reproduktiv yaşda qaldığı müddətcə əhəmiyətli olur.



Tədqiqatçıların fikrincə, bu izahat “sağlamlıq və sağ qalmanın gender paradoksu”nu ən yaxşı şəkildə təsvir edir.


Yeri gəlmişkən, uşaqlara qulluqda nənələrin rolunu nəzərə alsaq, bəlkə də gələcəkdə təkamül daha bir addım atacaq və yaşlı qadınlara sağlamlıq bəxş edəcək. Təbii ki, biz özümüz bunu biotexnologiyanın köməyi ilə etməsək. /aztibb. az/