Nəyə görə yaşlandıqca qarın piylənir?– SƏBƏB

  • 2019.11.20 15:10
  • 9535 Baxış
Nəyə görə yaşlandıqca qarın piylənir?–  SƏBƏB
Yəqin fikir vermisiz ki, insan yaşlandıqca qarnın həcmi artır, şişir və piy kütləsi artır.


Medicina.az xəbər verir ki, bunun səbəbini açıqlayıb. Orqanizm getdikcə piy yandırma funksiyasını azaldır və piy əzələlərdə, dəri altında, daxili orqanların ətrafında ehtiyat olaraq toplanır. Visserial piy adlanan bel, qarın hissənin kökəlməsi piylənmə, II tip diabet, daxili orqanların iltihabi xəstəliklərinə səbəb olur.


ABŞ və Almaniya alimləri elmi tədqiqatlarla sübut edib ki, yaşlı siçanlarda qarın yağlarında olan B immun hüceyrələr çoxalmağa başlayır, bu da maddələr mübadiləsinin pozulması və iltihaba səbəb olur. 


Professorların fikrincə, gənc adamlarda orqanizmə infeksiya düşdükdə, B hüceyrələr böyüyür, amma sonra infeksiya sağaldıqdan sonra onlar kiçilir. 

Yaşlandıqca bu funksiya pozulur, onlar kiçilmir və bel, qarın nahiyəsində piylərin arasında qalır.


" Bu da 50 yaşdan sonra diabet və maddələr mübadiləsi xəstəliklərini artırır”.


Alimləri təyin edib ki, B hüceyrələr makrofaqlardan siqnal alaraq böyüyür. Ona görə diabet xəstələri, xərçəng xəstəliklərində makrofaqlardan gələn bu siqnalları azaltmaqla  B hüceyrələrinin böyüməsinin qarşısını almaq olar. 

Artıq belə preparatlardan biri sınaqdadır.