Niderland alimləri açıqladı: Bu xəstəliklərin dərmanı sevgidir

  • 2024.03.13 12:30
  • 415 Baxış
Niderland alimləri açıqladı:  Bu xəstəliklərin dərmanı sevgidir
Sevgi qan təzyiqini və xolesterini aşağı sala, ömrü uzada bilər.

Medicina.az xəbər verir ki, bunu Niderlandın Maastrixt Universitetinin alimlərinin apardığı araşdırma üzə çıxarıb.

Tədqiqatçılar sevginin immuniteti gücləndirdiyini və hətta infarkt riskini də azaltdığını açıqlayıblar.

Sevgi hormonunun (oksitosin) nevroloji xəstəliklərə, eləcə də Altsheymer xəstələrinə təsiri də araşdırılıb. Məlum olub ki, sevgi hormonu insanlarda yaddaşa müsbət təsir göstərir.

Tədqiqat zamanı Altsheymer problemi olan siçanlara oksitosin verildikdə, onların yaddaşının bir neçə həftə ərzində yaxşılaşdığı müşahidə olunub.

Alimlərbütün bunlara baxmayaraq, oksitosinin nevroloji xəstəlikləri müalicə edə biləcəyini söyləmək üçün hələ tez olduğunu, lakin gələcəkdə inkişaf etdiriləcək müalicə üsulları üçün sevgi hormonunun böyük potensial daşıdığını qeyd ediblər.

Aysel