Niyə məhz yüksəkdozalı vitamin C sağlamlığın açarıdır?- GENİŞ İZAH

  • 2021.02.12 17:42
  • 2847 Baxış
Niyə məhz  yüksəkdozalı vitamin C sağlamlığın açarıdır? - GENİŞ İZAH

İltihab – orqanizmin daxili və xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır. Adekvat iltihabi reaksiya sonda sagalma ilə nəticələnməlidir. Lakin son illər hətta təzə başlanmış iltihabın xronikləşməsinin tez – tez şahidi oluruq.


Xroniki iltihabın isə bir çox xəstəliklərin etioloji faktoru qismində çıxış etməsi haqqında yetərincə sübutlar vardır. İltihab prosesinin xronikləşməsinin səbəblərindən biri də oksidativ stresdir. Bu nə deməkdir? Oksidativ stress - oksigenin aktiv formalarının (OAF) artıqlığı– orqanizmdə antioksidantların çatışmazlığı nəticəsində əmələ gəlir.


Belə ki, xroniki iltihab - oksidativ stresə, oksidativ stress – xroniki iltihaba səbəb olur! OAF - iltihab zamanı makrofaq və neytrofillər tərəfindən hasil olunur. Onlar hüceyrə xaricində patogen törədiciləri və zədələnmiş hüceyrələri zərərsizləşdirərək, bərpa prosesinə zəmin yaradır. Hüceyrə daxilində isə çoxsaylı iltihab mediatorlarının əmələ gəlməsini induksiya edərək övrəni, selik ifrazını, ağrını gücləndirirlər. Başqa sözlə desək, bu proses orqanizmin müdafiə sisteminin vacib bir hissəsidir.


Lakin oksigenin aktiv molekullarının hasilatı orqanizmin antioksidant ehtiyatından artıq olarsa, o sağlam toxumaları zədələyərək iltihabı dərinləşdirir. İltihabın yenidən aktivləşməsi öz növbəsində yeni reaktiv oksigen molekullarının əmələ gəlməsinə səbəb olaraq qüsurlu dövran yaradır. Orqanizmin antioksidant ehtiyatı əmələ gələn OAF-nı neytrallaşdıra bilmədikdə orqanizmdə oksidativ stress yaşanır.


Oksidativ stresin yaranmasının səbəbi tək iltihab deyil, həmçinin, ekzogen mənşəli yüklənmələr (kimya- və şüaterapiya, tütün, alkoqol, ətraf mühitin çirklənməsi, qeyri-rasional qidalanma ) və orqanizmdə bəzi metabolik pozulmalar nəticəsində yaranan antioksidant qıtlığıdır.


Səbəbindən asılı olmayaraq oksidativ stress (antioksidant çatışmazlığı) iltihab prosesini dəstəkləyir və kliniki olaraq ilk növbədə özünü damar endotelinin disfunksiyası ilə büruzə verir. Vaskulyar endotel oksidativ stresə qarşı çox həssasdır və hər zaman proinflammator (iltihabtörədici) sitokinlərin hədəfinə çevrilir. Endotelial disfunksiya ürək-damar xəstəlikləri riskini artırır, hipertoniya və ateroskleroza səbəb olur. Hazırda müəyyən olub ki, oksidativ stress və iltihab prosesləri kardiovaskulyar pozulmalardan əlavə osteoporoz, depressiya, neyrodegenerativ xəstəliklər, revmatizm, dəri, mədə- bağırsaq və bir çox başqa xəstəliklərin patogenezində mühüm rol oynayır. Xroniki infeksiyalar antioksidant ehtiyatını azaldaraq, immun sistemini zəiflədir. Psixi stress oksidativ stresi gücləndirərək, bir çox xəstəliklərin gedişatını ağırlaşdırır. Bundan əlavə, oksidativ stress və iltihab prosesləri neoplastik dəyişikliklər üçün zəmin yaradaraq onkoloji xəstəliklərin proqnozunu pisləşdirir.


Beləliklə, oksidativ stresin qarşısını alan faktorlardan biri də orqanizmdə daim Vit C – nin normal səviyyədə saxlanmasıdır. Bunun çətinliyi ondan ibarətdir ki, insan orqanizmində Vit C sintez olunmur və onu daim kənardan almaq lazımdır. Hansı orqanizmdə xroniki xəstəliklər və oksidativ stress var, o zaman Vit C – nin aşağı dozada parenteral və ya oral qəbulu antioksidant effekti üçün kifayət etmir.



Oksidativ stress – xroniki iltihab, xroniki iltihab – oksidativ stress qüsurlu dövranını dayandırmaq üçün yüksəkdozalı Vitamin C-nin istifadəsi məqsədəuyğundur. Oksidativ streslə mübarizədə güclü fizioloji antioksidant olan yüksəkdozalı vitamin C-nin (Pascorbin 7.5 G – 50 ml) infuziyalarından istifadə olunur. Bu yüksək dozanı əldə etmək üçün Pascorbin 7.5 q-50 ml istifadə oluna bilər. Hansı ki, məhz Pascorbin 7.5 G – 50 ml – nin Ph –ı, osmolyarlığı onun yüksək dozada istifadəsinə imkan verir!


Vitamin C-nin orqanizmdə funksiyaları çoxşaxəli və genişdir. O, bir çox metabolik proseslərin vacib kofaktoru və oksidativ stresi dəf edən fizioloji antioksidantdır. Askorbat bir çox kimyəvi reaksiyalarda elektron donoru qismində çıxış edir; bunlara qaraciyərdə detoksikasiya prosesləri (sitoxrom R 450 sistemi), neyroendokrin peptidlərin, müəyyən neyrotransmitterlərin (dofamin, adrenalin, noradrenalin) biosintezi aiddir. Askorbat kollagenin biosintezində, müəyyən amin turşularının katabolizmində, karnitinin biosintezində iştirak edir; dəmirin qastrointestinal sorulmasını asanlaşdırır; qida mənşəli nitritlərdən və ikincili aminlərdən hepatotoksik nitrozaminlərin əmələ gəlməsini əngəlləyir; çoxsaylı fermentativ reaksiyalarda kofaktor rolunu oynayır; sərbəst radikalları udaraq, orqanizmi oksidativ stresdən qoruyur; oksidləşmə-bərpa reaksiyalarını dəstəkləyərək, hüceyrəxarici və hüceyrədaxili mühitdə maddələr mübadiləsinin normal getməsi üçün şərait yaradır. Əlavə olaraq, askorbat fizioloji oksidləşmə prosesləri zamanı əmələ gələn OAF-nı neytrallaşdıraraq, müdafiə funksiyasını həyata keçirir. Vitamin C plazmanın tərkib hissələrini və damar endotelini oksidləşmədən qoruyan ən effektiv fizioloji antioksidantdır.




Virus infeksiyaları zamanı Pascorbin-in terapevtik faydası sübut olunmuşdur: Pascorbin-in (yüksək dozalı vitamin C –nin) çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:


• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsiri göstərir (antioksidant çatışmazlığı immun sisteminin işinə və sonda bizim sağlamlığımıza mənfi təsir göstərir)
Göstərişləri:

 İnfeksion xəstəliklər, həmçinin virus infeksiyaları
 Cərrahi əməliyyatlardan sonra
 Ağır travmalar (sümük sınıqları və gec sağalan yaralar)
 Müxtəlif dərəcəli yanıqlar
 Onkoloji xəstəliklər (Yüksək dozalı parenteral askorbat xərçənginin boyümə və metastazını ləngidir, pasientlərin həyat keyfiyyətini yaxşılaşdırı:



 Müxtəlif intoksikasiyalar
 Alkoqol və infeksiya mənşəli deliriy
 Psixi pozulmalar
 Addison xəstəliyi
 Allergik və iltihabi dəri xəstəlikləri
 Revmatik xəstəliklər
 Antikoaqulyantların həddən artıq təyini, müxtəlif distrofiyalar
 Kardiovaskulyar xəstəliklər
 Diş əti qanaxmaları
 Paradontit, paradontoz
 Diş implantı qoyulmasından əvvəl



Əks-göstərişləri:


 Böyrək çatışmazlığı
 Böyrəklərdə oksalat daşları
 Hamiləlik və laktasiya dövrü
 Dəmirin toplanma xəstəliyi
 12 yaşadək uşaqlar
 Qlükoza-6-fosfat-dehidrogenazanın çatışmazlığı


• İstifadə qaydası: Pascorbin 7.5 G -50 ml - flakon + 100 ml 0,9%-li NaCl-da həll edilərək venadaxili yavaş - yavaş yeridilir-həftədə 2-3 dəfə. Müalicə müddəti 2-8 həftə.


Ünvan: Bakı, 3-cü mkr. , Pişəvari, 110 (keçmiş Cavadxan, 24), Memar Əcəmi m.st. yaxınlığı.
www.btk.az

Tel : (012)/(050)/(055)/(070) 430 89 89
www.instagram.com/bioloji.tebabet/
www.facebook.com/bioloji.tababat/