Normal yuxu almamaq xərçəngə səbəb olur - Amerikalı həkim

  • 2022.02.23 16:33
  • 1834 Baxış
Normal yuxu almamaq xərçəngə səbəb olur -  Amerikalı həkim
Yuxuda nəinki bədən və beyin dincəlib yenilənir, həmçinin şəfalanır.

Ona görə orqanizmin sağalması üçün yuxu vacibdir.

Medicina.az xəbər verir ki, məşhur həkim Cenna Maççioki öz “İmmunitet elmi haqqında” kitabında yuxunun xəstəliklərə və müalicəyə təsiri barədə yazıb.

Onun sözlərinə görə, sutkada normadan az yatmaq, yuxunun pozulması, gec yatmaq immun sistemi çökdürüb, gələcəkdə həmin insanda onkoloji xəstəliklərə təkan verə bilər.

Bircə gecə yuxusuz qalmaq kifayətdir ki, şiş hüceyrələrinə hücum edən killer hüceyrələrin sayı azalsın.

Kimlər ki, 6 saatdan az yatır, xüsusən gecələr yatmır tez-tez xəstələnir,onlarda ağrı sindromu yüksəkdir, təzyiq, ürək, diabet problemləri olur.

Hər gün 7-8 saat gecə yuxusu almaq lazımdır. Orqanizmin yuxu saatı gecədir. Gündüz yatmaq onu əvəz etmir və immuniteti bərpa etmir.

MEDICINA.AZ