“Nüvə müharibəsi təhlükəsi realdır, lakin..." - Lavrov

  • 2022.04.26 14:34
  • 1878 Baxış
 “Nüvə müharibəsi təhlükəsi realdır, lakin..."   - Lavrov

Nüvə müharibəsi riskləri indi çox ciddidir. Bu təhlükəni qiymətləndirməmək olmaz. Lakin bu təhlükəni süni şəkildə şişirtməyə hazır olanlar da çoxdur.

Medicina.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Birinci Kanal”ın efirində bildirib.


“Bu, bizim prinsipial mövqeyimizdir. Biz ona əsaslanaraq çıxış edirik. Mən indi, sizin hörmətli politoloqlara istinad edərək dediyiniz kimi, risklərin həqiqətən çox, çox əhəmiyyətli olduğu bi zamanda, həmin bu risklərin süni şəkildə şişirdilməsini heç istəməzdim. Halbuki, bunu istəyənlərin sayı çoxdur. Buna baxmayaraq, təhlükə ciddidir, realdır və onu qiymətləndirməmək olmaz”, - deyə nazir bəyan edib.