Oğlan uşaqları üçün cinsi əlaqənin yaşı

  • 2023.05.22 21:55
  • 2942 Baxış
Oğlan uşaqları üçün cinsi əlaqənin yaşı
Oğlan uşaqlarında 11 – 12 yaşlarından cinsi orqan böyüməyə doğru başlayır.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Samir Rüstəmovun sözlərinə görə, oğlan uşaqları qız uşaqlarından iki il gec yetişkənlik dövrünə gəlib çatır.

“12 yaşında cinsiyyət üzvü 4 sm uzunluqda olur. 14 yaşında bu ölçü 7 sm - ə, 18 yaş dövründə isə artıq 10 -11 sm-ə gəlib çatır.

11 – 12 yaş aralığında tüklənmə dövrü başlayır. Əsasən 13 – 14 yaşlarından 18 yaşa qədər tüklənmə davam edir.

12 yaşlarda həmçinin xayalarda böyümə prosesi gedir. 15 yaşda isə spermatazoid hüceyrələri yaranmağa başlıyır.
Bu proses 16 -20 yaşa qədər davam edir. Bu yaş dövründə yetkinləşmə başa çatır.

16 -20 yaş aralığında oğlan uşaqları artıq cinsi əlaqəyə girə bilər və ata olma şansı da yüksəlir.

Bu əlamətlər adətən, fizioloji əlamətlərdir. Yəni fizioloji yetişkənlik deməkdir.

Psixoloji yetişkənlik isə 20 yaşdan sonra da davam edir”.


Günay Quluzadə