Oğlunun xilası üçün anaya bir ay vaxt verildi - Gəlin yardım edək! - FOTO

  • 2021.11.26 11:31
  • 1187 Baxış
Oğlunun xilası üçün anaya bir ay vaxt verildi -  Gəlin yardım edək! - FOTO
Azərabaycanda daha bir uşağın sağlamlığına qovuşması üçün köməyə ehtiyacı var.


Medicina.az xəbər verir ki, Hacıqabul rayonu Qarasu kənd sakini 10 yaşlı İsrayıl Həsənov talassemiya xəstəliyindən əziyyət çəkir.

Uşağın anası Gültəkin Həsənova Bakupost.az-a bildirdi ki, 1 ildən sonra nəhayət İsrayılın donuru tapılıb:

“İsrayılın xəstəliyi anadangəlmə olub amma hiss etməmişik. 7 yaşından üzə çıxmağa başlayıb. İndi Türkiyədə donur tapılıb. Bir ay da vaxt qoyulub. Bununla bağlı hər yerə müraciət edirəm, vaxt çox azdır.

Hazırda 21 min manat yığılıb, amma ümumi 105 min 500 dollar əməliyyat pulu lazımdır. Onun 45 min 500 dollarını Nərgiz Fondu ödəyir, 65 min dollarını isə mən toplamalıyam”.

Gəlin əlimizdən gələn köməkliyi göstərək.

Yardım üçün aşağıda qeyd olunan nömrəylə əlaqə saxlaya bilərsiniz: