Ölüm şəhadətnamələrində üçüncü cins rəsmiləşdirildi - FOTO

  • 2019.12.18 16:32
  • 2267 Baxış
Ölüm şəhadətnamələrində üçüncü cins rəsmiləşdirildi -   FOTO
Nyu-York sakinləri gələn ildən başlayaraq ölüm şəhadətnamələrində üçüncü cinsi göstərə biləcəklər.

Medicina.az “Rusiya 24” telekanalının məlumatına görə, bu barədə şəhərin səhiyyə idarəsinin veb saytında dərc olunmuş press-relizində deyilir. Özlərini kişi və ya qadın hesab etməyənlərin sertifikatlarında “X seçim” göstəriləcək.

Keçən ilin oktyabr ayında Nyu-York meri Bill de-Blazio, şəhər sakinlərinə doğum şəhadətnamələrində müəyyənləşdirilməmiş cinsi göstərmək hüququnu verən qanun layihəsini imzalayıb.