"Omicron" qonşuluğumuzda: sərhədləri bağlamalıyıqmı? - Ekspertlərdən rəylər

  • 30 Noy 2021 15:52
  • 559 Baxış
"Omicron" qonşuluğumuzda: sərhədləri bağlamalıyıqmı? -  Ekspertlərdən rəylər
Dünya yeni kovid ştammı ilə üz-üzədir.
Artıq bununla bağlı, Yaponiya və İsrail xaricilər üçün sərhədlərini bağlayıb.

Azərbaycanda də sərhədlər bağlanmasa, çox ehtimal ki, virusun yayılma ehtimalı çox olacaq.

Bəs "Omicron"un təhlükəliliyi və ölkəmizə gəlmə ehtimalı nə qədərdir? Sərhədlər bağlanmalıdırmı?

Məsələ ilə bağlı bakuposta açıqlamasında tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl bildirib ki, sərhədlər bağlandı-bağlanmadı, qarşısını almaq mümkün olmayacaq:



“Çox təhlükəli vəziyyətdir. Bu, gözlənilən idi. Sərhədlər bağlandı-bağlanmadı qarşısını almaq mümkün olmayacaq. Amma virusun özünü aparması bir neçə həftəyə məlum olacaq. Vəziyyətin bu yerə çatmasında insanların günahı yoxdur. Əlacımız odur ki, peyvəndlənib maksimum qorunaq. Müşahidələrim göstərir ki, delta ağır gedişatlı idi, amma “Omircon” ştamı ondan da təhlükəlidir”.


Millət vəkili Müşfiq Cəfərov isə əlavə edib ki, dünya ölkələri COVİD-19-la mübarizəyə adaptasiya olunub:

“Ölkəmizdə də insanlar pandemiya ilə mübarizəyə daha həssas və məsuliyyətli yanaşır. Fikrimcə, qapanmalara ehtiyac yoxdur. Peyvəndlənmə sürətlə davam edir, artıq ölkədə 3-cü dozanın da tətbiqinə başlanılıb. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub. Artıq maska taxma, sosial məsafəni qoruma, kontaktsız alış-veriş, onlayın konfrans rejimində təmaslar gündəlik həyat tərzinə çevrilib.

Lakin bu cür yeni reallıq iqtisadiyyatın bir çox sahələrinə təsir göstərməkdədir. Bundan əvvəl Britaniya ştamı aşkarlansa da, qapanmalara gedilmədi. Bu da bir daha təsdiq etdi ki, sərt karantinə gedilmədən də pandemiya ilə mübarizə aparmaq mümkündür.

Əgər qapanmalara gedilsə iqtisadiyyata ciddi ziyan dəyə bilər”.