Omikron dalğasında xəstəxanalar boşalacaq - İsrailli alim

  • 04 Dek 2021 15:57
  • 554 Baxış
Omikron dalğasında xəstəxanalar boşalacaq  - İsrailli alim

"Omikron ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər. Məncə yeni ştam tunelin sonundakı işıq ola bilər”.

Medicina.az xəbər verir ki, bunu israilli immunoloq Zvika Qranot “i24News”a müsahibəsi zamanı deyib.

Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.

Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, Omicron ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.


Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.