Alimlər tanınmış qidalarda xəstələrdə kimyaterapiyanın yaratdığı sinir ağrısını aradan qaldıran bir komponent aşkar ediblər. Bu komponentin B3 vitamini olduğu ortaya çıxdı.
Medicina.az xəbər verir ki, xərçəng müalicəsi zamanı B3 vitamininin insan orqanizminə müsbət təsiri ABŞ-ın Ayova Universitetinin tədqiqatçıları tərəfindən sənədləşdirilib.
"Süd və pivənin tərkibində xəstələri sinir zədələnməsindən azad edə bilən vacib B3 vitamini var. Məlumdur ki, kimyaterapiyadan sonra xərçəng xəstələrində həssaslıq əhəmiyyətli dərəcədə arta bilər və onlar müntəzəm olaraq ağrı hiss edirlər".
B3 vitamininin təsiri xərçəng əleyhinə dərman verilən xəstə siçovullar üzərində aparılan sınaqlar zamanı təsdiqlənib. Bu müalicə zamanı heyvanlarda periferik neyropatiyanın - periferik sinirlərin zədələnməsinin yaratdığı ağrı hissləri inkişaf edib ki, bu da ağrı qavrayışını qeyri-adi şəkildə dəyişdirir.
Heyvanlar qruplara bölündü və vitamin qəbul etməyən qrupda gəmiricilər toxunma stimullarına xüsusilə həssas oldular. Lakin, kimyaterapiya vitamin əlavələri ilə birləşdirildikdə, heyvanların sinir həssaslığı azaldı və bu da ağrı həddini aşağı saldı.
Xatırladaq ki, bu yaxınlarda başqa bir qida maddəsi olan D vitamini alimlər tərəfindən immun sistemini bərpa etmək, bədənin virus və bakterial infeksiyalara qarşı müdafiəsini artırmaq üçün ən yaxşı vasitə adlandırılmışdı.
Aygün Musayeva