Onkoloji xəstəlik zamanı qan analizindəki 3 dəyişikliyə DİQQƏT

  • 2022.04.20 16:10
  • 3508 Baxış
Onkoloji xəstəlik zamanı qan analizindəki   3 dəyişikliyə DİQQƏT


Rusiya Səhiyyə nazirliyinin onkoloqu Kaprin qanda baş verən bir neçə dəyişikliyin onkoloji xəstəliyə şübhə yaratdığını deyib.

Bakupost.az xəbər verir ki, sadə qan analizində 3 məqama diqqət yetirməklə onkoloji xəstəlikdən şübhələnmək olur.

Həkimin fikrincə ümumi qan analizində EÇS, leykosit, hemoqlobinə baxılır.


1. EÇS- iltihab göstərisinin həddən artıq yüksəlməsi - 100-ü keçmək

2. Leykositlərin sayında dəyişiklik

3. Hemoqlobinin kəskin aşağı düşməsi

Əgər bunlar varsa, mütəxəssislə məsləhətləşin.

Qeyd edək ki, digər xəstəliklərdə də bu göstəricilər dəyişir. Amma üçünün birdən kəskin dəyişimi şübhə yaradır.

İnsanlar özlərinə diaqnoz qoymamalıdır.

Aygün Musayeva
BakuPost