Onkoloqlar 1 iyunda onkoloji uşaqları sevindirdi – “Onlar ən birinci yada düşməlidir”- VİDEO

  • 2026.06.02 22:39
  • 119 Baxış
Onkoloqlar 1 iyunda onkoloji uşaqları sevindirdi –  “Onlar ən birinci yada düşməlidir”- VİDEO

Milli Onkologiya Mərkəzində 1 iyun Uşaqları müdafiə günündə onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək aksiyası baş tutub. Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyevin dəstəyi ilə beynəlxalq konfranslardan əldə olunan növbəti qonorar Mərkəzin Uşaq onkologiyası şöbəsinə bağışlanıldı.

Medicina.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin İkinci Kimyaterapiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Elçin Mansurov şöbənin rəhbəri Reyman İsmayılzadəyə mükafatı təqdim edərkən bu addımın xüsusi məna daşıdığını bildirib.

“Mən bu aksiya ilə 2 vacib məqama diqqət çəkmək istəyirəm. Birincisi, onkoloji xəstə uşaqlara daim dəstək olmalıdır. Bu mərkəzdə xəstələrin 80%-i sağalır. Əgər hər kəs dəstək olsa, uşaqlar və həkimlərin motivasiyası daha da artar, bu rəqəmlər artar. Digər məqam həkimlərimizi elmi işlərə, elmi çıxışlara və xaricdən qonorar, qrand gətirməyə ruhlandırmaqdır.
Mən istərdim, Azərbaycanda hər kəs bu şöbəyə baş çəksin və dəstəyini göstərsin”.

Professor Reyman İsmayılzadə bu dəstəyə görə təşəkkür edir.

“Akademik Cəmil Əliyevə, bütün həkim heyətinə təşəkkür edirik. Uşaqların bayramında məhz bizim pasiyentləri təbrik etmək bizi sevindirir. Çox istərdik ki, Azərbaycanın istər dövlət, istər qeyri-dövlət sektoru, təşkilatları daim dəstəyə ehtiyac olan uşaq onkoloji xəstələrini diqqətdə saxlasınlar, Uşaq Onkoloji Mərkəzini ziyarət etsinlər və bizlərə bu yolda dəstək olsunlar”.



Aygün
Medicina.az