"Onları məcburi müalicəyə göndərmək lazımdır" - Tahir Kərimli

  • 2024.02.29 12:12
  • 859 Baxış
"Onları məcburi müalicəyə göndərmək lazımdır" -  Tahir Kərimli
"Bizdə təcridxanaların, eyni zamanda cəzaçəkmə müəssisələrinin böyük hissəsi narkomaniyadan əziyyət çəkən məhkumlarla və yaxud istintaq altında olanlarla doludur. Onlar sıxlıq yaradır. Diqqəti buna yönəltmək lazımdır".

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.


Deputat qeyd edib ki, dövlət bu şəxslərə nə qədər vəsait sərf edir:

"Həmçinin, bunların şəxsiyyəti korlanır. Onların şəxsi taleyində məhkumluq yaranır. Onları həbsxanaya doldurmaqdansa, məcburi müalicəyə göndərmək lazımdır. Prokurorlar, müstəntiqlər, təhqiqatçılar və məhkəmələr bu işə baxmaqdan yorulublar".